Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2020 14:48
Ötən həftə ərzində (16-20 noyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 44,38 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,59 dollar və ya 1,35% çoxdur.
Sonxeber.net APA-ya istinadən bildirir ki, ötən həftə ərzində ən yüksək göstərici (III gün) - 44,85 dollar təşkil edib, ən minimal göstərici (II gün) isə 43,49 dollar səviyyəsində olub.