Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2020 20:20
İtaliya A seriyasının VIII turunda "Napoli" üzərində səfər qələbəsi qazanan "Milan" (3:1) əvəzində aparıcı futbolçusu Zlatan İbrahimoviçi itirib.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, isveçli superulduz matçın 79-cu dəqiqəsində zədələnərək əvəzlənib.
39 yaşlı qol "silahı"nın durumuna aydınlıq gəlib. İlkin diaqnoza əsasən sol ayaq əzələlərində problem aşkarlanan İbra 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq. Lakin dəqiq məlumat növbəti tibbi müayinədən sonra veriləcək.
Qeyd edək ki, "Napoli" ilə görüşdə dubl edən İbrahimoviçin aktivində cari mövsüm A seriyasında 10 qol var.