Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

JOCAP ''Abşeron'' yatağının işlənməsi ilə bağlı son işlər barədə

JOCAP ''Abşeron'' yatağının işlənməsi ilə bağlı son işlər barədə

Tarix: 24 Noyabr 2020 09:52

Bakı. Ləman Zeynalova - Trend:

2021-ci ilin 2-ci rübündə "Abşeron" yatağının işlənməsinin 1-ci fazası üzrə layihə öncəsi tədqiqatlara başlamaq məqsədi ilə nəzarət və konseptual işlənmə tədqiqatı davam etdirilir.

Bunu Trend-ə JOCAP (Joined Operating Company Absheron Petroleum) şirkətindən bildiriblər.

Şirkətdən verilən açıqlamaya görə, Neft Daşlarının yaxınlığında Qurban Abasov gəmisi ilə platformanın dayaq bloklarının quraşdırılması 31 oktyabr tarixində başlamışdır və 2021-ci ilin 2-ci rübündə başa çatdırılmalıdır:

“ABD-001 quyusu ilə Neft Daşlarının qəbuledici qurğularının arasında boruların tikintisinə başlamaq üçün borudüzən barjın mobilizasiyası 2020-ci ilin dekabr ayının sonuna planlaşdırılır və bu işlərin 2021-ci ilin 2-ci rübünə tamamlanması gözlənilir.”

Qeyd edək ki, SOCAR-ın qiymətləndirmələrinə görə, "Abşeron" yatağının potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir. "Abşeron" dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu ildə imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və "Total" (50%) şirkətləridir. Yatağın operatoru "SOCAR Absheron" və "Total E&P Absheron" törəmə şirkətlərinin bərabər paylarla iştirak etdiyi JOCAP (Joined Operating Company Absheron Petroleum) birgə müəssisəsidir.


Etiketlər:  JOCAP Abşeron yatağının işlənməsi ilə bağlı işlər barədə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ