Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2020 12:24
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə "500 startups" şirkəti arasında əməkdaşlığa dair memorandum və Azərbaycanda startapların inkişafı, vençur maliyyəşməsinin təşəkkülü üzrə proqramların həyata keçirilməsi ilə bağlı müqavilə imzalanıb.
Agentlikdən Sonxeber.net-a verilən məlumata görə, müqavilənin əsas məqsədi ölkəmizdə startap və innovasiya ekosisteminin inkişafını sürətləndirmək, yerli startapların qlobal bazara və xarici investorlara çıxışına imkan yaratmaqdır.
Dünyada startaplarla bağlı əsas təşkilatlardan biri olan "500 startups" şirkəti dünyada 8 qlobal mərkəz olmaqla, ümumilikdə 75-dən çox ölkədə layihələr həyata keçirib. Şirkətin əsas fəaliyyət istiqamətləri ölkələrdə innovasiya ekosisteminin qurulması, akselerasiya proqramlarınn həyata keçirilməsi və startaplara investisiya yatırılmasıdır. 2010-cu ildə ABŞ-da yaradılan şirkət bu günə qədər 2500-dən çox startapa investisiya qoyuluşunda iştirak edib.
Müqaviləni Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov və "500 startups" şirkətinin rəhbəri Kristina Tsai imzalayıblar.
"500 startups" şirkəti ilə görüş zamanı tərəflər Azərbaycanda müvafiq platformanın inkişafı, o cümlədən ölkəmizin beynəlxaq arenada həyata keçirdiyi tədbirlər, töhfələr barədə müzakirələr aparıblar.
Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış "ASAN xidmət" mərkəzlərinin uğurlu fəaliyyətindən, e-hökumət sahəsindəki irəliləyişlərdən, ölkəmizdə innovasiya ekosisteminin inkişafı istiqamətində həyata keçirilən layihələrdən bəhs edib.
"500 startups" şirkətinin rəhbəri Kristina Tsai öz növbəsində əməkdaşlığa dair yeni imkanların qurulmasından və bu istiqamətdə müqavilənin imzalanmasından məmnunluğunu ifadə edib.
Həmçinin xaricdə yaşayan həmyerlilərimizin təşəbbüsü və ˝INNOLAND˝in dəstəyi əsasında yaradılan ˝Tech Diaspora˝ üzvləri ilə, eyni zamanda müvafiq sahənin inkişafı istiqamətində bir sıra beynəlxalq şirkətlərə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Müqavilə əsasında həyata keçiriləcək proqram yerli startapların beynəlxalq bazara çıxışını təmin edəcək.