Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2019 16:00
Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin keçmiş iqtisadi işlər üzrə keçmiş dövlət naziri və sabiq XİN rəhbəri Əli Babacan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sıralarını tərk edib.
Trend-in məlumatına görə, o, AKP sıralarını tərk etməsi barədə partiya qurumuna məktub göndərib.
Hazırda onun sədrliyi ilə Türkiyədə yeni partiya yaradılacağı barədə xəbərlər yaylıb.
Qeyd edək ki, Türkiyədə hazırda 83 siyasi partiya fəaliyyət göstərir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin