Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dağlıq Qarabağın ingiliscə yazılış forması dəyişdirilir

Dağlıq Qarabağın ingiliscə yazılış forması dəyişdirilir

Tarix: 25 Noyabr 2020 15:04

Dağlıq Qarabağ sözü hazırda rus dilinin təsiri altında "Nagorno-Karabakh" kimi yazılır, amma bu sözün belə variantda yazılışı düzgün deyil.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Dilçilik İnstitutunun direktor müavini Baba Məhərrəmli deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ rus dilində "Nagorno-Karabakh" kimi yazılır. Bu toponim ingilis dilində də səhv olaraq, rus dilinin təsiri altında "Nagorno-Karabakh" kimi təqdim edilir.

B.Məhərrəmli əlavə edib ki, artıq təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilən "Azərbaycan dilində olan coğrafi adların rus və ingilis dillərinə milli transliterasiya qaydaları"na əsasən, Dağlıq Qarabağın ingilis dilində də "Daghlig Garabagh" kimi yazılması təklif edilir. Yuxarı Qarabağ sözünün isə "Upper Garabagh" kimi deyil, "Yukhari Garabagh" kimi yazılması təklif edilib:

"Toponimin adı qorunub saxlanılmalıdır. Buna görə də Dağlıq Qarabağ toponiminin təklif edilən formada yazılması düzgün olardı".


Etiketlər:  Dağlıq Qarabağın ingiliscə yazılış forması dəyişdirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ