Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Komandamla qürur duyuram'' - Rıza Çalımbay

''Komandamla qürur duyuram'' - Rıza Çalımbay

Tarix: 27 Noyabr 2020 09:28

Bu matçda həm Türkiyə, həm də özümüz üçün qalib gəlməyimiz lazım idi. Bu qədər zədə və itkilərə rəğmən, mükəmməl mübarizə apardıq. Komandamla qürur duyuram. Bizim üçün gözəl oyun oldu.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri Sivasspor"unun baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"a 3:2 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.

O, "Vilyarreal"la ən çətin oyunlarına çıxacaqlarını bildirib: "Tək qorxumuz zədə və liqa görüşləridir. Superliqada 21 komandanın mübarizə aparması çox ağırdır. Başqa vaxt 25-30 klub çıxış etsə belə, çempionatı avqustda bitirmək olardı. Amma indi Avropa çempionatı ilə əlaqədar liqalar mayın 15-dək başa çatdırılmalıdır. Yəni, qrafikimiz getdikcə sıxlaşmaqdadır. Qrupdan çıxsaq, daha sıx qrafiklə üzləşəcəyik. Çətin mövsüm keçiririk. Ümid edirəm ki, hər şey yaxşı bitəcək".


Etiketlər:  Komandamla qürur duyuram Rıza Çalımbay


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ