Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2020 15:20
Bakı. Fidan Babayeva - Trend:
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “STP-AH” MMC adlı yeni hüquqi şəxsi qeydiyyata alıb.
Trendin məlumatına görə, şirkət noyabrın 18-də “Sumqayıt Texnologiya Parkı” MMC ilə eyni ünvanda, Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.
Şirkətin nizamnamə kapitalı 100 min manat təşkil edir, qanuni nümayəndəsi isə STP-nin direktoru Rauf Atakişiyevdir.