Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

De Byazi "The Best" mükafatında kimə səs verəcəyini açıqladı

De Byazi

Tarix: 27 Noyabr 2020 19:26

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi FIFA-nın "The Best" mükafatı üçün hansı futbolçuya səs verəcəyini açılqayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis "Sportowefakty" nəşrinə müsahibəsində Polşa millisinin və "Bavariya"nın hücumçusu Robert Levandovskini seçəcəyini deyib:

"Birincisi, son vaxtlar onu ən yaxşı hesab edirəm. İkincisi, nəhayət nəsə dəyişməlidir. Son illərdə dəfələrlə Messi və ya Ronaldo bu ada layiq görülüb. Artıq yeni oyunçunun seçilməsinin vaxtıdır. Çünki Levandovski uzun müddətdir zirvədədir. Digər mövqelərə gəldikdə isə, Məhəmməd Salah və Kriştiano Ronaldonun oyununa valeh oluram. Ronaldonu xüsusi qeyd edərdim.  O, qeyri-adi futbolçudur".

Qeyd edək ki, "The Best" mükafatı dekabrın 17-də təqdim ediləcək.

Milli.Az


Etiketlər:  De Byazi The Best mükafatında kimə səs verəcəyini açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ