Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2019 08:12
Bakı. Trend:
İspaniyanın Barselona vilayətində sənaye sahəsindəki əməkdaşlar kimyəvi maddələrlə işləyən vaxtda partlayış baş verib.
Trend-in məlumatına görə, partlayış nəticəsində 23 nəfər xəsarət alıb.
Fövqəladə hallar xidməti yaralananların sayını təsdiq edib və xəsarətlərinin yüngül dərəcəli olduğunu bildirib.
Buna baxmayaraq, 11 nəfər xəstəxanalara yerləşdirilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin