Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2020 12:06
Bakı. Trend:
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayonun İbrahimhacılı kənd sakini Sakit Gülməmmədovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, Qazax rayonuna getməsi aşkarlanıb.
Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə S.Gülməmmədov yaşadığı evə göndərilib, onun barəsində RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.