Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir

“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir

Tarix: 28 Noyabr 2020 23:00

Bakı. Trend:

“YARAT” Müasir İncəsənət Məkanı “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir.

Trend xəbər verir ki, sərgi dekabrın 1-dən etibarən açıq olacaq. XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində həm şəxsi, həm də ictimai kolleksiyalardan təşkil olunmuş bu sərgi, keçən əsrin 80-ci illərinin sonları, 90-cı illərin birinci yarısında müxtəlif nəsillərin nümayəndələri olan 21 Azərbaycan rəssamı tərəfindən yaradılmış əsərlərdən ibarətdir. Əsərlərin bir çoxu geniş ictimaiyyətə ilk dəfə olaraq təqdim olunur. Sərgidə Azərbaycanın tanınmış rəssamları Şamo Abasov, Məlik Ağamalov, Çingiz, Elnur Babayev, Heybət Babayev, Rasim Babayev, Müslim Eldarov, İrina Eldarova, Kamal Əhməd, Eliyar Əlimirzəyev, Müseyib Əmirov, Hüseyn Haqverdiyev, Ucal Haqverdiyev, Rəşid İsmayılov, İnna Kostina, Eldar Qurban, Sənan Qurbanov, Nazim Rəhmanov, Sabina Şıxlinskaya, Teymur Daimi və Mir Nadir Zeynalovun əsərləri nümayiş edilir. Sərginin adında, biz, süqut dövründə tənhalıq və yalnızlıq mövzusunu mənəvi qurtuluş kimi eşidirik.

“Öz adanı kəşf et” poemasından götürülmüş misralar və sərgidə təqdim olunan əsərlər bir-birini tamamlayır və həm obraz, həm də daxili mesajın intensivliyində əks olunur. Bu vəhdət, sərginin həsr olunduğu dövrün reprezentasiyası üçün çox səciyyəvi və rəmzi məna kəsb edir.


Etiketlər:  YARAT adanı kəşf adlı sərgi layihəsini təqdim edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ