Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2020 23:51
Qırmızı şərabın koronavirusdan qoruduğu, müalicəvi xüsusiyyətlərinin olduğu haqda mütəmadi olaraq fikirlər səslənir. Ümumiyyətlə, koronavirus infeksiyası da daxil olmaqla müxtəlif xəstəliklərin müalicəsi, profilaktikası üçün qırmızı şərabdan istifadə olunması tövsiyə olunur. Amma bu, ciddi araşdırmalarla təsdiqlənməyib.
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, Rusiyadan olan narkoloq, narkoloji klinikanın rəhbəri Ruslan İsaev qırmızı şərabın faydaları haqqında çoxlu sayda məqalələr olduğunu deyib: "İddialara görə, şərab orta dozalarda qəbul edildikdə, hətta şiş əleyhinə də təsir göstərir və eyni zamanda alkoqol bakteriya və virusların inkişafına mənfi təsir edir. Ancaq bunların hamısı fikirdir. Bu elə bir mifdir ki, inanmaq çox xoşdur, ona görə də yəqin ki, mövcuddur".
Mütəxəssis qeyd edib ki, qırmızı şərabın bu cür xüsusiyyətlərini real olaraq qiymətləndirmək çətindir, çünki bu mövzuda hələ hər hansı bir böyük tədqiqat aparılmayıb.
R. İsaev, alkoqollu içkilərin tənəffüs yollarında koronavirus hissəciklərini məhv etməsi haqda fikrlərin də həqiqətə uyğun olmadığını söyləyib.