Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Futbol üzrə İspaniya çempionatında "Real" "Alaves"ə məğlub oldu

Futbol üzrə İspaniya çempionatında

Tarix: 29 Noyabr 2020 03:12

Bakı. Trend:

İspaniya çempionatının 11-ci tur oyununda "Real Madrid" futbolçuları öz meydançalarında "Alaves"ə məğlub oldular.

Trend məlumatına görə, boş tribunalar qarçısında keçirilən matç 1:2 hesabı ilə başa çatıb.

“Alaves” tərəfindən qolları Lukas Peres (5-ci dəqiqə, penalti) və Xosela (49-cu dəqiqə), "Real Madrid"dən isə Kazemiro (86-cı dəqiqə) qol vurublar.

28-ci dəqiqədə "Real Madrid"in belçikalı yarımmüdafiəçisi Eden Azar zədələndiyi üçün meydançanı tərk etdi və yerinə Rodriqo gəldi. Azar komandaya 2019-cu ilin yayında 115 milyon avro qarşılığında İngiltərənin "Çelsi"sindən transfer edilib və zədə səbəbindən o vaxtdan 36 matç buraxıb. Bu mövsüm 29 yaşlı oyunçu "Real Madrid" uğrunda 5 matçda 2 qol vurub.

Madrid klubu 10 matçda 17 xal toplayaraq İspaniya çempionatının turnir cədvəlində dördüncü,"Alaves" isə 11 görüşdən sonra 13 xalla səkkizincidir.

Növbəti matçda Zinedin Zidanın yetirmələri 5 dekabrda "Sevil"ya ilə, 1 dekabrda isə Çempionlar Liqası qrup mərhələsinin beşinci turunda Ukraynanın "Şaxtyor" komandası ilə qarşılaşacaqlar. “Alaves” İspaniya çempionatının 12-ci turunda 6 dekabrda evdə çempionatın lideri “Real Sosyedad”ı qəbul edəcək.


Etiketlər:  Futbol üzrə İspaniya çempionatında Real Alavesə məğlub oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ