Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə XİN iranlı nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsini pisləyib

Türkiyə XİN iranlı nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsini pisləyib

Tarix: 29 Noyabr 2020 03:36

Bakı. Trend:

Türkiyə iranlı nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsini pisləyib və mərhumun ailəsinə başsağlığı verib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Məlumatda deyilir: "Biz iranlı alim Möhsün Fəxrizadənin Tehranda silahlı hücum nəticəsində öldürülməsindən təəssüflənirik. Bu dəhşətli qətli qınayırıq və İran hökumətinə və mərhumun ailəsinə başsağlığı veririk".

Türkiyə XİN bütün tərəfləri bölgədəki gərginliyin artmasına səbəb ola biləcək hər hansı bir hərəkətdən çəkinməyə çağırır və hücuma görə məsuliyyət daşıyanların ədalət qarşısında cavab verəcəyinə ümid edir.


Etiketlər:  Türkiyə XİN iranlı nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsini pisləyib


RƏYLƏR