Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2020 10:24
Bakı. Trend:
2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 27,56 faiz azalaraq 84,363 milyon dollar təşkil edib.
Bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.
Nazirlik qeyd edib ki, 2020-ci ilin oktyabr ayında Türkiyədən Azərbaycana avtomobillərin ixracı 2019-cu ilin oktyabrına nisbətən 60,59 faiz artaraq 8,034 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyədən dünya bazarlarına avtomobil ixracı 20,055 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 20,9 faiz azalıb.
Türkiyədən avtomobil ixracı yanvar-may aylarında ölkənin ümumi ixracının 14,8 faizini təşkil edib.
Son 12 ayda (oktyabr 2019 - oktyabr 2020) Türkiyə 25,283 milyard dollar məbləğində avtomobil ixrac edib.