Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bakı Avro-2020-ni də yüksək səviyyədə keçirəcək" - UEFA rəsmisi

Tarix: 9 Iyul 2019 11:56

UEFA-nın icraçı direktoru Martin Kallen Rusiyanın "rt.com" saytına müsahibə verib. Qol.az-ın məlumatına görə, Avro-2020-nin final mərhələsinin 4 oyununun Bakıya salınması haqda danışan qurum rəsmisi son Avropa Liqası finalının paytaxtımızda keçirilməsi məsələsinə də toxunub.

- Avropa çempionatının keçirilmə formatına uyğun olaraq, bir yığma komanda əvvəl Kopenhagendə oynayıb, sonra Bakıya, oradan isə Romaya gedə bilər. Bu mənada azarkeşlərə çətin olmayacaq? Logistika ilə bağlı problem varmı?

- Biz artıq bu məsələni müzakirə etmişik. Problemdən qaçmaq üçün bütün milli komandalar turnir zamanı oyunların keçiriləcəyi yerlərə yaxın şəhərlərdə məskunlaşacaq. Məsələn, Sankt-Peterburq Kopenhagenlə əlaqəlidir. Rusiya iki oyununu Kopenhagendə, Danimarka isə iki matçını Sankt-Peterburqda keçirəcək. Onların rəqibləri isə bu iki şəhər arasında səyahət edəcəklər. Ona görə də yığmalar iki ölkənin sərhədlərindən kənara çıxmayacaqlar.

- Belədə Bakıda kim oynayacaq?

- Bizim sxemə görə, Bakı Roma ilə əlaqəlidir. Çox ümid edirəm ki, Azərbaycanda final mərhələsinə düşəcək. Baxmayaraq, İtaliya ilə müqayisədə, hazırda onların qarşısında çox çətin tapşırıq durur. Əgər bu baş verməsə, Roberto Mançinin komandası evdə 3 oyun keçirəcək.

- Avropa Liqasının finalından sonra oyunun Bakıya salınmasına görə UEFA xeyli tənqid olundu. Buna görə sizi qınayanlara nə cavab verərdiniz?

- Birincisi, həlledici matçda bir ölkənin iki komandasının qarşılaşacağını gözləmirdi. Bu, çox cuzi ehtimal idi. İkincisi, Bakı Avroliqanın finalını keçirmək üçün çoxdan seçilmişdi. Azərbaycan UEFA-nın bir üzvü olaraq, öz işinin öhdəsindən əla gəldi. Hə, şəhər qitənin ən uzaq nöqtəsində yerləşir və ora getmək elə də asan deyil. Biz bunu başa düşürdük. Ancaq eyni zamanda Mərkəzi Avropa xaricində bir ölkəyə bu oyunu təşkil etmək imkanı vermək istəyirdik. Şəhər Avropa çempionatının özünə aid hissəsini də yüksək səviyyədə keçirəcək. Dekabr ayında final mərhələsinin bütün iştirakçıları bilinəcək. Bundan sonra logistikanı düzgün qura bilərik.

- Avroliqa finalı ərəfəsində "Arsenal"ın erməni yarımmüdafiəçisi Henrik Mxitaryan Bakıya getməkdən imtina etdi. Həmin vəziyyəti əvvəlcədən fikirləşmişdiniz? Bu amil futbolda mənfi ix buraxmadı?

- Heç kim həlledici qarşılaşmada məhz "topçular"ın olacağını əvvəlcədən bilə bilməzdi. Ancaq Azərbaycan bizə təhlükəsizliklə bağlı hər cür təminat verdi. Ona görə də finalı orada keçirməmək üçün heç bir səbəbimiz yox idi. Bu, futbolçunun öz qərarı idi, hörmətlə yanaşırıq. UEFA siyasi məsələlərdə neytraldır. Buna görə də təşkilati baxımdan Mxitaryan Bakıdakı oyunda iştirak edə bilərdi.

 


Etiketlər:  Bakı Avro 2020 ni yüksək səviyyədə keçirəcək UEFA rəsmisi


RƏYLƏR