Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2020 14:12
Bakı. Trend:
Mədəni, mənəvi, dini irsə qarşı təcavüz qəbuledilməzdir. Son bir neçə gün ərzində mən Qarabağda dağıdılmış qəbiristanlıqlar, yandırılmış evlər və tövləyə çevrilmiş məscidlər gördüm.
Trend-in məlumatına görə, bunu İran əsilli fransalı fotoqraf Rza Diqqəti öz "Facebook" səhifəsində yazıb.
Ağdam rayonundakı dağıntıların şəkillərini paylaşan fotoqraf 18-ci əsrə aid məscidin inək saxlama üçün istifadə olunduğunu bildirib:
"Bölgəni tərk etməzdən qabaq işğalçı apara bildiyini götürüb və məscidi yandırıb. Bərpa və rekonstruksiya uzun bir proses olacaq".