Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2020 14:28
Çox yeni bir infeksiya ilə üz-üzəyik.
Bunu Sonxeber.net-a açıqlamasında Pandemiya Xəstəxanasının koordinatoru, infeksionist Vüsalə Yaşar deyib.
İnfeksionist bildirib ki, insanların ikinci dəfə yoluxduğunu müşahidə edirik:
"Buna zaman lazımdır ki, araşdırmalar tam yekunlaşsın və biz bir qərar verə bilək. Amma gördüyümüz odur ki, bəzi insanlarda xəstəlik keçirdikdən sonra heç bir antitel formalaşmır və yaxud da xəstəlik keçirdikdən sonra insanların ikinci dəfə yoluxma ehtimalı vardır, hətta yoluxan insanları da biz artıq müşahidə etməyə başlamışıq. Lakin bəzi insanlarda xəstəlikdən sonra çox yüksək titrda antitellər (anticismlər) yaranır və bu antitellərin müəyyən müddət qoruyuculuğu olma ehtimalı da vardır".
V.Yaşar immuniteti yüksək tutmağın formulunu da açıqlayıb:
"İmmunitetimizi artırmağımızın yolu hər hansı dərman preparatı qəbul etmək demək deyil. Təbii ki, D vitamini əskikliyimiz varsa, onu bərpa etməliyik, hər hansı bir mineral əskikliyimiz, qan azlığımız varsa, bunlar öz təsirini göstərəcək. Onları bərpa etmək öz yerində, amma balanslı, sağlam şəkildə, vaxtı-vaxtında qidalanmaq, normal yuxu rejiminə əməl etmək, bol su qəbul etmək, açıq havada olmaq və yaxud olduğumuz məkanın havasını tez-tez dəyişmək və fiziki aktiv olmaq xəstəlikdən qorunmaq üçün ən önəmli faktorlardır ki, bunlar bizim immun sistemimizi normal səviyyədə saxlamağa kifayət edə bilir".
Təhməz Əsədov