Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2020 14:30
Vətəndaşlar işğaldan azad edilmiş ərazilərə səfər etməyə tələsməməlidir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.
Q.Əhmədov bildirib ki, vətəndaşların doğma torpaqlarına getmələri üçün yaxın zamanlarda şərait yaradılacaq:
"Hələ ki həmin ərazilərə daxil olmamaq xahiş olunur, polis postlarından yayınaraq ara yollarla həmin məntəqələrə getmək təhlükəlidir".