Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2020 23:06
Bakı. Ceyhun Ələkbərov - Trend:
Ötən gecə 3 tələbənin ölümü ilə nəticələnən avtomobil qəzasının görüntüləri yayılıb.
Trend-in məlumatına görə, dəhşətli avtoqəza Nobel prospektində qeydə alınmışdı. Sözügedən hadisədə Azərbaycan Tibb Universitetinin 3 tələbəsi həlak olub, biri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Xatırladaq ki, yüksək sürətlə hərəkət edən BMW markalı minik avtomobili yolun yağışlı olmasından idarəetməni itirərək zolaqdan çıxıb, daha sonra piyada olan 4 tələbəni vurub.
Qəzanın görüntülərini təqdim edirik.