Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş məşqçi millidən ayrıldı

Baş məşqçi millidən ayrıldı

Tarix: 2 Dekabr 2020 12:04

Kolumbiya milli komandası baş məşqçisi Karluş Keyruşla yollarını ayırıb.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, bunu Cənubi Amerika ölkəsinin futbol federasiyası açıqlayıb.

Qurumla mütəxəssis qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib. Bununla da portuqaliyalı mütəxəssisin Kolumbiya yığmasındakı 2 illik fəaliyyəti başa çatıb.

Qeyd edək ki, 2019-cu il fevralın 7-də millinin sükanı arxasına keçən Keyroş komandanı 18 oyuna çıxarıb. Onun yetirmələri 9 qələbə qazanıb, 5 heç-heçə edib və 4 dəfə uduzub.


Etiketlər:  Baş məşqçi millidən ayrıldı


RƏYLƏR