Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2020 13:30
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində İsrailin "Makkabi" (Təl-Əviv) klubu ilə keçirəcəyi matçın hakimləri müəyyənləşib.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, UEFA oyuna İrlandiyadan olan hakimlər briqadasını göndərmək qərarına gəlib.
İstanbulda baş tutacaq qarşılaşmada Robert Hennessi ədalət təmsilçisi olacaq. Ona həmyerliləri Allen Linç və Emmet Dinan kömək edəcəklər. Dördüncü hakim funksiyasını Pol Maklauqlin yerinə yetirəcək.
Oyunun hakim inspektoru Deyan Filipoviç (Serbiya), UEFA nümayəndəsi Oktavian Qoqa (Rumıniya) olacaq.
Qeyd edək ki, dekabrın 3-də "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Makkabi" görüşü Bakı vaxtı ilə 21:55-də start götürəcək.