Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2020 13:36
Bakı. Sədrəddin Ağcayev - Trend:
2020-ci ilin noyabrında Azərbaycanın əməliyyat sistemi bazarında "Android" sisteminin payı 48,21 faiz təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 11,58 faiz çoxdur.
Trend bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.
İkinci yerdə qərarlaşmış "Microsoft" şirkətinin "Windows" əməliyyat sisteminin bazarda payı 8,53 faiz azalaraq 38,04 faiz təşkil edib.
"Apple" şirkətinin "iOS" əməliyyat sistemi payı 1,45 faiz azalaraq 8,86 faizə bərabər olub.
Digər əməliyyat sistemiləri sırasında "macOS X" (Apple, 2,4 faiz), "Linux" (0,91 faiz) yer alıb.