Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda 1 ay sonra koronavirus yox olacaq - PROFESSOR

Azərbaycanda 1 ay sonra koronavirus yox olacaq - PROFESSOR

Tarix: 2 Dekabr 2020 15:24

"Yoluxma o həddə çatıb ki, artıq heç bir qadağa virusun qarşısını almaqda effektli olmayacaq".

Sonxeber.net xəbər verir ki, bu sözləri Redaktor.az-a açıqlamasında tibbİ ekspert, professor Adil Qeybulla deyib. O bildirib ki, virusa yoluxma bir müddət sonra öz-özünə azlacaq:

"Hazırda yoluxma həddən artıq çoxdur. Belə bir vəziyyətdə qadağalar nəyi həll edəcək?! Qadağa o zaman effektli olur ki, yoluxma sayı az olsun. Vaxtı ilə mən bir neçə təklif irəli sürdüm, lakin aidiyyəti qurumlar bununla bağlı lazımı addımı atmadılar. İndi artıq heç bir qadağanın effekti olmaycaq. Proseses bir müddət davam etdikdən sonra insanlarda kollektiv immunitet yaranacaq. İmmunitet yarandıqdan sonra da xəstəlik yavaş-yavaş azalacaq. Bu da təxminən bir ay çəkəcək".


Etiketlər:  Azərbaycanda sonra koronavirus olacaq PROFESSOR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ