Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Serbiya-Macarıstan sərhədində “Cənub Qaz Dəhlizi”nə qoşulacaq boru kəmərinin tikintisi başlayıb

Serbiya-Macarıstan sərhədində “Cənub Qaz Dəhlizi”nə qoşulacaq boru kəmərinin tikintisi başlayıb

Tarix: 2 Dekabr 2020 17:00

Bakı. Ləman Zeynalova - Trend:

Serbiya-Macarıstan sərhədində 50 kilometr uzunluğunda boru kəmərinin tikintisi başlayıb.

Trend-in məlumatına görə, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.

Həmin boru kəməri “Cənub Qaz Dəhlizi”nə, Azərbaycan və Mərkəzi Asiya qazına və Yunanıstanın mayeləşdirilmiş təbii qazına çıxış imkanı yaradacaq.

Nazir bildirib ki, enerji ehtiyatlarının tədarükü hər zaman Mərkəzi Avropa üçün problemli olub və region ölkələri enerji ehtiyatlarının şaxələndirilməsində mühüm irəliləyişə nail ola biliblər.


Etiketlər:  Serbiya Macarıstan sərhədində Cənub Dəhlizinə qoşulacaq boru kəmərinin tikintisi başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ