Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tayson iki aydan bir rinqə çıxmaq istəyir

Tayson iki aydan bir rinqə çıxmaq istəyir

Tarix: 2 Dekabr 2020 23:12

Amerikalı ağır çəkili boksçu Mayk Tayson hər iki aydan bir döyüşmək istədiyini bildirib.

Sonxeber.net xəbər verir ki, bu barədə "MMA Fighting" xəbər yayıb.

İdmançının sözlərinə görə, əvvəllər ildə 15 dəfə rinqə çıxıb, indi də bu rəqəmə yaxınlaşmaq istəyir, ancaq öz imkanlarını da düzgün qiymətləndirir.

Tayson həmçinin insanların onu yenidən kök və narkotik asılısı kimi çağırmasını istəmədiyini vurğulayıb.

Qeyd edək ki, noyabrın 29-da Tayson həmyerlisi Roy Consla qarşılaşıb. Onların döyüşü heç-heçə bitib. Hər iki idmançı nəticələrdən narazı qalıb. Onlar təkrar döyüşmək istədiklərini bildiriblər. (publika.az)


Etiketlər:  Tayson aydan rinqə çıxmaq istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ