Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2020 19:02
UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb.
Sonxeber.net Qol.az-a istinadən xəbər verir ki, Azərbaycanın yeganə təmsilçisi "Qarabağ"ın mövqeyində dəyişikliklər olub.
Aktivində 21,000 xal olan Ağdam təmsilçisi geriləyib. Ötən həftə Niderlandın "Feyenoord" və Rumıniyanın "Styaua" klubu ilə birlikdə 65-67-ci yerləri bölüşən Qurban Qurbanovun kollektivi İstanbulda Təl-Əviv "Makkabi"si ilə 1:1 hesablı heç-heçədən sonra artıq 66-68-ci yerləri əvvəlki şərikləri ilə bölür. Təmsilçimiz "Alkmaar"dan geri düşüb. Niderlandlıların 21,500 xalı var.
Qeyd edək ki, reytinqə 125,000 xala malik Almaniya "Bavariya"sı başçılıq edir.