Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ" Çempionlar Liqasına heç-heçə ilə başladı

Tarix: 10 Iyul 2019 21:20

UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları davam edir.

Qol.az xəbər verir ki, ölkəmizin qitənin bir nömrəli klub turnirindəki təmsilçisi "Qarabağ" mübarizəyə bu gün start verib. Qurban Qurbanovun komandası Albaniyada "Partizani"nin qonağı olub. Matç qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü 1 həftə sonra Bakıda keçiriləcək.


Çempionlar Liqası

1-ci təsnifat mərhələsi, ilk oyunlar

10 iyul

19:30. "Partizani" (Albaniya) - "Qarabağ" (Azərbaycan) - 0:0
Baş hakim:
Holvardur Arnason (İslandiya)
Tirana, "Selman Stermazi" stadionu

 


Etiketlər:  Qarabağ Çempionlar Liqasına heç heçə ilə başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ