Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mustafa Şentop: Fransa Milli Assambleyası ciddiliyini itirib - FOTO

Mustafa Şentop: Fransa Milli Assambleyası ciddiliyini itirib - FOTO

Tarix: 5 Dekabr 2020 09:00

Dövlət olaraq tanımaq bu qədər asandırsa, dövlət olmağı itirmək də o qədər asan olmalıdır. Fransa Milli Assambleyası parlament olaraq ciddiliyini itirib. Bir dövlət və yaxud da bir qurum tarixi və hüquqi həqiqətlərdən qoparaq, sadəcə, əsassız hisslərlə qərar verirsə, deməli, o, proseslərdən kənarda qalır, sözü və qərarı ciddi qəbul edilmir.

Sonxeber.net Türkiyə Böyük Millət Məclisinin (TBMM) rəsmi internet saytına istinadla xəbər verir ki, bu fikirlər TBMM-nin sədri Mustafa Şentopun açıqlamasında əksini tapıb.

Açıqlamada, həmçinin deyilir: "Fransa çox səs-küy salsa da, beynəlxalq aləmdə getdikcə təsirsiz hala gəldi, çünki reallıqla əlaqəsini kəsdi.

Ermənistan da daxil olmaqla dünyada heç bir dövlət tərəfindən tanınmayan və Ermənistan tərəfindən tanınması iddiası irəli sürülməyən Dağlıq Qarabağı bir "dövlət kimi" tanımağa qərar verən parlamentə yalnız fransız nağıllarında rast gəlmək olar.

Beynəlxalq hüquqa əsasən, Fransa hökumətinin də Azərbaycana aid olduğunu təsdiq və qəbul etdiyi ərazini "müstəqil dövlət" olaraq tanımaq qərarı verən parlamentarilər ancaq komediyaçı obrazında görünə bilərlər.

Fransa hökumətini ciddiliyə dəvət edirik. Əminik ki, bu absurd qərar əhəmiyyətsiz hesab olunacaq".


Etiketlər:  Mustafa Şentop Fransa Milli Assambleyası ciddiliyini itirib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ