Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2020 09:26
Bakı. Samir Əli - Trend:
Göyçayda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Göyçay şəhər sakini Xasi Məmmədov COVİD-19 virusunun daşıyıcısı olduğu üçün ev şəraitində müalicəyə cəlb olunub. Ancaq o, evdə özünü təcrid etməli olduğu halda karantin qaydalarını pozaraq ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən olunub və yaşadığı ünvana göndərilib.
X.Məmmədov barəsində Göyçay RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.