Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2020 11:24
Dekabrın 3-də respublika ərazisində yaşayış yerini tərk edən daha 18 nəfər aktiv koronavirus xəstəsi saxlanılıb.
Bu barədə Sonxeber.net-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, həmin şəxslər ictimai yerlərdə aşkar ediliblər: "Saxlanılan xəstələrdən 13 nəfər evə qaytarılıb, daha ağır olan 5 nəfər isə xəstəxanaya yerləşdirilib. Saxlanılan şəxslərdən 9 nəfər barədə Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsilə cinayət işi başlanıb".