Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

50 gün idi itkin düşən gənc şəhid kimi qayıtdı (FOTO)

50 gün idi itkin düşən gənc şəhid kimi qayıtdı (FOTO)

Tarix: 5 Dekabr 2020 13:54

Bakı. Ceyhun Ələkbərov - Trend:

Yaxınları 50 gün idi onun yolunu gözləyirdi, qazi kimi qayıdacağına ümid etdilər, ancaq o şəhid olaraq geri döndü.

Trend-in məlumatəna görə, uzun müddət idi ki, yaxınları 26 yaşlı Hacıyev Ülvidən xəbər ala bilmirdilər. Müharibənin ilk günlərindən cəbhəyə yollanan gənc, Füzuli istiqamətində döyüşərək itkin düşüb.

Yaxınları Ülvidən 50-i günə yaxın idi ki, xəbər ala bilmirdilər. Sonuncu dəfə 15 oktyabr tarixində qohumları ilə əlaqə saxlayıb. Onun hələ də sağ olduğunu və evinə salamat dönəcəyinə ümidli idilər. Ancaq bu gün gənc evinə şəhid olaraq geri döndü.

Hacıyev Ülvi Şirin oğlunun 26 yaşı var. DGK "Azərterminalkompleks" Birliyinin əməkdaşıdır. Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda xidmət edib. Azərbaycan İqtisad Universitetinin bakalavr və magistratura pilləsini bitirib. Milli Ordu sıralarında hərbi xidmət keçib. İkinci Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq cəbhəyə yollanıb. Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub.

50 gün idi itkin düşən gənc şəhid kimi qayıtdı (FOTO) - Gallery Image 50 gün idi itkin düşən gənc şəhid kimi qayıtdı (FOTO) - Gallery Image 50 gün idi itkin düşən gənc şəhid kimi qayıtdı (FOTO) - Gallery Image


Etiketlər:  gün itkin düşən gənc şəhid kimi qayıtdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ