Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hamiləlik dövründə ürəyiniz bulanırsa, bunları edin

Hamiləlik dövründə ürəyiniz bulanırsa, bunları edin

Tarix: 5 Dekabr 2020 16:39

Hamiləlik dövründə bir çox analar ürəkbulanma və qaytarma kimi xoşagəlməz halla qarşılaşır. Bu hamilə qadındlarda fərqli vaxtlarda baş veririr. Bəzilərində hamiləliyin ilk, bəzilərində isə son dövrlərinə təsadüf edir. Bu problemin aradan qaldırılması üçün müəyyən qaydalara əməl etmək lazımdır.

Sonxeber.net axşam.az-a istinadən hamiləlik dövründə xoşagəlməz problem olan ürəkbulantısının aradan qaldırılması üçün əməl olunması nəzərdə tutulan qaydaları təqdim edir.

-Tez-tez və az-az yemək lazımdır. Belə etsəniz hamiləlik dövründə yaranan bulanmadan xilas ola bilərsiniz. Boş mədə də bulantını çoxaldır. Az miqdarda da olsa, yemək yemək mütləqdir.

- Qızardılmış və ədviyyatlı yeməklər ürəkbulanma yaradan əsas amillərdəndir. Bunları yedikdə xoşagəlməz hal daha da artır.

- Hamiləlik dövründə bol miqdarda protein qəbul etmək lazımdır. Buna görə də yumurta, süd və un məhsullarına daha çox üstünlük verin.

- Yuxudan oyanan kimi yemək yemək olmaz. Bir az gözləmək lazımdır. Müəyyən vaxt keçdikdən sonra quru şirniyyat yeyə bilərsiniz.

- Yemək yedikdən sonra yatmaq olmaz. Yediklərinizin yaxşı həzm olunması üçün ayaq üstə çoxlu vaxt keçirməlisiniz.

- Bol miqdarda maye qəbul etməlisiniz. Əgər maye qəbulu ürək bulantısını artırırsa, onu kiçik buz dənəcikləri formasında qəbul etməlisiniz.

- Çoxlu istirahət etməlisiniz. Əgər bu müddət ərzində işləyirsinizsə, mütləq icazə almalısınız. Çünki stress və yorğunluq ürək bulantısını artırır.

- Suya, ya da soyuq çayın içinə bir dilim limon atıb içə bilərsiniz. Limonun qoxusu ürək bulantısını azaldır.

- Hər sabah bir çay qaşığı zəncəfili balla qarışdırıb içsəniz, ürək bulantısı aradan qalxar.

- Bəzən hamiləlik dövründə qəbul edilən dərmanlar da ürək bulantısı yaradır. Həkimlə məsləhətləşdikdən sonra bu dərmanlardan imtina edə, yaxud da başqa əvəzləyicilərlə əvəz edə bilərsiniz.

- B6 vitamininin qəbulu hamiləlik dövründə çox əhəmiyyətlidir. Bu da ürəkbulanmanı azaldır, mədə problemini aradan qaldırır.

-Masaj da ürəkbulantısını azaldan amillər sırasındadır. Lakin bunu mütəxəssislə danışmadan etməyin.

- Hamiləlik dövründə pozitiv düşünmək hər şeyin yaxşı olacağına inanmaq lazımdır. Qaydalı şəkildə yürüşə çıxmaq, təmiz havada çoxlu vaxt keçirmək mütləqdir. Hər hansı yaranan problemin keçici olduğunu düşünməli və rahat olmalısınız.


Etiketlər:  Hamiləlik dövründə ürəyiniz bulanırsa bunları edin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ