Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağciyərlər koronavirusdan necə sağalır?

Ağciyərlər koronavirusdan necə sağalır?

Tarix: 5 Dekabr 2020 17:24

İnsanın ağciyərləri koronavirusdan əziyyət çəkdikdən sonra öz-özünə bərpa olunur.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Rusiyalı pulmonoloq Aleksandr Karabinenko "Sputnik" radiosuna bu prosesin necə sürətləndiriləcəyindən danışıb.

Koronaviruslu sətəlcəmin keçirilməsi bir müddət aradan qaldırılması lazım olan nəticələrə səbəb olur.

Onun sözlərinə görə, xəstə insanın ağciyərində geniş fibrotik dəyişiklik zonası qalır, öskürək və nəfəs darlığı uzun müddət, bir ay yarıma qədər müşahidə edilə bilər. Ancaq bədənə müdaxilə etməsəniz, ağciyərin tam bərpa prosesi baş verəcək:

"Bədənimizdə bəzi hüceyrələr öldükdə, digərlərinin doğulması və ağciyərlərin quruluşunun bərpa edilməsi ilə bağlı yenilənmə prosesi var, ancaq bəzi hallarda, insan özünü məhv edərsə, bu yarımçıq baş verir".

O qeyd edir ki, siqaret çəkən insanın ciyərlərində yaxşılaşma baş vermir. Həmin vəziyyətdə, bu yalnız pis bir vərdiş deyil, yavaş-yavaş baş verən intihardır.

"Orta hesabla ağciyərin bərpası üç aydan bir ilə qədər davam edir. Çox şey immunitetin vəziyyətindən və insanın fiziki quruluşundan asılıdır", - deyə mütəxəssis bildirib.


Etiketlər:  Ağciyərlər koronavirusdan necə sağalır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ