Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə koronavirusla bağlı tətbiq olunan ''evdə qalmaq'' rejimi 56 saat davam edəcək

Türkiyədə koronavirusla bağlı tətbiq olunan ''evdə qalmaq'' rejimi 56 saat davam edəcək

Tarix: 6 Dekabr 2020 02:32

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma tempini nəzarətdə saxlamaq məqsədilə hökumətin qəbul etdiyi yeni rejim qaydalarına uyğun olaraq dekabrın 4-də yerli vaxtla saat 21.00-da bütün ölkə üzrə evdən çıxmağa məhdudiyyət qüvvəyə minib. Sərtləşdirilmiş bu qadağa 56 saat qüvvədə olacaq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ölkədə yeni yoluxmalar və ölüm halları artmaqdadır. Belə ki, dekabrın 4-də ölkə üzrə 194 min 435 nəfər testdən keçirilib. Onlardan 32 min 736 nəfərdə virus əlaməti aşkarlanıb, 6 min 903 nəfər müalicəyə cəlb olunub. Gün ərzində bu xəstəlikdən 193 nəfər ölüb, 4 min 811 nəfər isə sağalıb. İndiyədək infeksiyadan ümumilikdə 14 min 506 nəfər həyatını itirib. Ölkə üzrə testdən keçirilənlərin ümumi sayı 20 milyon nəfərə yaxınlaşır.

Qeyd edək ki, koronavirusla mübarizə ilə bağlı hökumət qərarına əsasən həftənin ilk 5 günündə Türkiyə vaxtı ilə saat 21.00-dan 5.00-dək evdən çıxmaq qadağan edilir. Cümə günü axşam 21.00-da başlanan "evdə qalmaq" rejimi isə bazar ertəsi saat 5.00-a qədər qüvvədə olur.

Bundan başqa xüsusi icazəsi olmadığı halda 65 yaşdan yuxarı və 20 və bundan aşağı yaş həddə olan şəxslər ictimai nəqliyyatdan istifadə edə bilməzlər. Bu yaş həddində olanlara şənbə və bazar günü istisna olmaqla saat 13.00-dan 16.00-dək evdən çıxmağa icazə verilir.

Maska taxmaq, sanitariya qaydalarına əməl etmək və sosial məsafə saxlamaq ən ciddi çağırışdır.


Etiketlər:  Türkiyədə koronavirusla bağlı tətbiq olunan evdə qalmaq rejimi saat davam edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ