Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2019 12:00
"Çempionlar Liqasında açılış oyununa çıxacağıq. Bu, bizim üçün xüsusi hadisədir. Komandam yoldaşlarım kimi mən də oyuna çox yaxşı motivasiya olunmuşam".
Qol.az-ın məlumatına görə, bu sözləri "Partizani"nin futbolçusu Villiam Kordeyro deyib.
Albaniya mətbuatına danışan braziliyalı yarımmüdafiəçi "Qarabağ"ın güclü rəqib olduğunu söyləyib: "Buna görə də Azərbaycandakı oyun öncəsi yaxşı nəticə əldə etməliyik. Meydan amilindən istifadə etməliyik".
Qeyd edək ki, “Partizani” – “Qarabağ” oyunu bu gün Bakı vaxtı ilə 19:30-da başlayacaq.