Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusdan müalicə olunmaq ondan qorunmaqdan daha çətindir

Koronavirusdan müalicə olunmaq ondan qorunmaqdan daha çətindir

Tarix: 6 Dekabr 2020 22:57

Payız-qış mövsümündə respirator xəstəliklərin artacağı əvvəlcədən proqnozlaşdırıldığı kimi yeni növ koronavirusa (COVID-19) yoluxanların sayında da artım olacağı gözlənilən idi. Lakin bunu hər kəs bilməlidir ki, COVID-19-dan müalicə olunmaq ondan qorunmaqdan daha çətindir. Ona görə də ilk növbədə xəstəliyə yoluxmaqdan özünü gözləmək lazımdır. Qorunmaq üçün lazım olan üç qızıl qaydanı isə hər kəs bilir. Məsələ burasındadır ki, bizim hər birimiz özümüz bilmədən daşıyıcı rolu oynaya bilərik və maska taxılması həm də ona görə vacibdir ki, daşıyıcı olanlar maska taxarkən daha çox ətrafdakıları qorumuş olur. Bunun özü də bir sosial məsuliyyətdir. Maska taxılmaması nəticəsində xəstəliyin bir daşıyıcı olaraq yaşlılara, xroniki xəstəliyi olanlara ötürülməsi mümkündür və həmin qrupa mənsub olanlar bu xəstəliyi daha ağır keçirirlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri COVİD-19-un yüksək risk qrupuna daxil olan yaşlıların qidalanması və immunitetin gücləndirilməsi ilə əlaqədar məlumat verərkən həkim-endokrinoloq Gülnar Qafarova deyib.

"Təcrübədən çıxış edərək onu da deyə bilərəm ki, qorxu hissinin olması da xəstəliyə yoluxmaqda çox mənfi rol oynayır, çünki stress immuniteti zəiflədən ən vacib səbəblərdən biridir. Ən çox şəkərli diabet, onkoloji xəstəlikləri olanlar, eləcə də xroniki xəstələr risk qrupundadırlar. COVID-19 yayıldığı dövrlərdən onu da müşahidə etmişəm ki, artıq çəki problemi olanlar bu xəstəliyi daha ağır keçirilər. Hətta heç bir xroniki və digər xəstəliyi olmayan artıq çəkili insanlar yoluxarkən çox ciddi çətinliklə üzləşirlər.

Şəkərli diabet xəstələrinin risk qrupunda olması həm də xəstəliyin şəkərlə qidalanmasıdır. Ona görə də karbohidratlı qidalar maksimum dərəcədə menyudan çıxarılmalıdır. Bura təkcə şəkər deyil, ağ çörək, duz, un məmulatları, makaron, karbohidrat yükü çox olan qidalar daxildir. Həkimlərin ən çox arzuladığı orqanizmdə qlükozanın normada saxlanılmasıdır. Daha çox təbii zülalla zəngin olan ət və süd məhsulları, xüsusilə tərəvəzlərlə qidalanmaq məsləhətdir. Meyvədən daha çox tərəvəzdən istifadə edilməlidir, çünki meyvənin da tərkibində şəkər çox olur. Qəbul edilən mayelər içərisində ən çox sudan istifadə edilməsi düzgündür. Suyu dadlandırmaq da olar, onun içərisinə limon, darçın çubuğu, portağal qabığı və s. atmaq da olar", - deyə həkim-endokrinoloq bildirib.

Milli.Az


Etiketlər:  Koronavirusdan müalicə olunmaq ondan qorunmaqdan daha çətindir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ