Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müəllimlərin işə qəbulu üzrə onlayn müsahibəyə müraciət müddəti başa çatıb

Müəllimlərin işə qəbulu üzrə onlayn müsahibəyə müraciət müddəti başa çatıb

Tarix: 7 Dekabr 2020 10:08

Bakı. İlhamə İsabalayeva - Trend:

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin onlayn müsahibə mərhələsinə müraciət müddəti başa çatıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, namizədlər şəxsi səhifələrinə daxil olaraq təlimatla tanış olduqdan sonra 6 dekabr saat 23:59-dək elektron poçt ünvanını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq ediblər. Məlumatlar yoxlanıldıqdan sonra namizədlərin şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.

Qeyd edək ki, dekabrın 14-dən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə start veriləcək. Namizədlər aşağıdakı linkə daxil olaraq müsabiqənin Azərbaycan və rus bölməsi üzrə müsahibə proqramları ilə tanış ola bilərlər: https://www.miq.edu.az/movzular

Hazırda keçiriləcək onlayn müsahibələrdə müəllimlərin işə qəbulu müsabiqəsinin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrində vakant yerlərə işə qəbul olunmuş namizədlər iştirak edə biləcəklər.


Etiketlər:  Müəllimlərin işə qəbulu üzrə onlayn müsahibəyə müraciət müddəti başa çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ