Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kim Çen In karantini pozanı edam etdirdi

Kim Çen In karantini pozanı edam etdirdi

Tarix: 7 Dekabr 2020 16:30

Şimali Koreyada vətəndaş koronavirus (COVID-19) tədbirlərini pozduğu üçün edam edilib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Asiya KİV orqanları məlumat yayıb. Bildirilib ki, 50 yaşlı sözügedən şəxs Çin sərhədindən qeyri-qanuni yolla Koreya ərazisindən keçib.

Bildirilir ki, Şimali Koreya rəsmi olaraq ölkədə koronavirus olmadığını iddia etsə də, Kim Çen In rejimi fövqəladə karantin tədbirləri tətbiq edib, Çin sərhədini keçən hər kəsin güllələnməsi barədə əmr verib.

Cənubi Koreya kəşfiyyat təşkilatı NIS ötən həftə Kimin Pxenyanda karantin əmri verdiyi və virusun qarşısını almaq üçün dənizdə balıq ovlamağı qadağan etdiyinə dair məlumat yayıb.


Etiketlər:  Çen karantini pozanı edam etdirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ