Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fatimə yasda koronavirusa yoluxub: "Ətrafımdakılara keçirtdim"

Fatimə yasda koronavirusa yoluxub:

Tarix: 7 Dekabr 2020 17:45

Rəqqasə Fatimə Fətəliyeva yasda koronavirusa yoluxduğunu etiraf edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda İnstaqramda canlı yayımda söyləyib. O bildirib ki, xəstəlikdən xəbərsiz olub və ətrafındakı insanları da yoluxdurub:

"Yenidən xəstələnməkdən qorxuram. Mayda ağır pnevmaniya olmuşdum. Bu haqda bir dəfə danışdım, sosial şəbəkədə məni tənqid etdilər. Çox pis keçirtdim. Test verdim, amma neqativ oldu. Gedib ciyərlərimi yoxlatdırdım, artıq buzlaşma başlamışdı. Ciyərimin çox hissəsi buz idi. Müalicəyə tez başladım və sağaldım. Həmin ərəfəyə qədər isə mən nə qədər insan yoluxdurmuşdum.

İndi ən çox anama görə qorxuram. 71 yaşı var, şəkərə meyillidir. Bir də ürəyinizə salmayın. O qədər ürəyimə saldım ki, bir də gördüm xəstəyəm.

Ətrafınızda gördüyünüz insanlarla öpüşməyin. Bizdə bir adət var, hamı bir-birini görəndə öpməlidir. Bir də indi o qədər yeyirəm ki... Paltarlarım mənə girmir. Arıqlamaq, ay piyim çıxdı, cəhənnəmə olsun. Əsas canımız sağlam olsun".

Milli.Az


Etiketlər:  Fatimə yasda koronavirusa yoluxub Ətrafımdakılara keçirtdim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ