Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Hamı elə bildi ki, şəhid olmuşam'' - Erməni maşınında gecələyən qazi

''Hamı elə bildi ki, şəhid olmuşam'' - Erməni maşınında gecələyən qazi

Tarix: 7 Dekabr 2020 23:58

"Dörd gülləm qalmışdı, üçünü düşmənə, birini isə özümə saxlamışdım".

Sonxeber.net xəbər verir ki, bu sözləri "qafqazinfo"ya yaralı vəziyyətdə iki gün təmas xəttində qalan qazimiz Samir Səmədzadə deyib.

Qax rayonu Turaclı kəndində anadan olan 21 yaşlı Samir Səmədzadə 29 sentyabrda cəbhəyə yollanıb.

Samir elə müharibənin ilk günlərindən silahdaşları ilə birlikdə döyüşə atılıb. O, noyabr ayının 8-də Şuşa istiqamətində gedən döyüşlərdə ayağında yaralanıb.

Samir həmin anı belə xatırlayır:

"Dostum yaralı idi. Onu çıxardanda ayağımdan vuruldum. Onun yarası yüngül idi. Mən isə özümdən getmişdim. Ayıldım ki, çox qan itirmişəm. Ayağımı bağladım, qan bir azaldı. Hamı elə bildi ki, şəhid olmuşam. Bir qardaşımız da qolundan yaralanmışdı. O gecə ayılıb məni vurulan düşmən maşının içinə saldı. Onun da taqəti qalmamışdı. Ayın 8-i səhərə kimi orada qaldım. İstəyirdim su içib, sonra şəhid olum. Ayın 10-u günortadan sonra bizimkilər gəlib şəhidləri götürəndə, gördülər ki, sağam".

Qeyd edək ki, qazimiz evlidir və bir qız övladı var.


Etiketlər:  Hamı elə bildi şəhid olmuşam Erməni maşınında gecələyən qazi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ