Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

David Şahnazaryan:'' Ermənistanın gələcəyi çox qaranlıq görünür''

David Şahnazaryan:'' Ermənistanın gələcəyi çox qaranlıq görünür''

Tarix: 8 Dekabr 2020 18:00

Nikol Paşinyan könüllü olaraq istefa verməli və yeni hökumət formalaşmalıdır. Əks təqdirdə, Ermənistanın gələcəyi çox qaranlıq görünür.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Ermənistanın Təhlükəsizlik Şurasının keçmiş rəhbəri, səfir David Şahnazaryan deyib.

O bildirib ki, hər şeydən əvvəl Ermənistanın təhlükəsizliyi təmin olunmalıdır. Hazırda ölkədə bütün sahələrdə böhran baş verir. Ordu dağıdılıb, sosial-iqtisadi və siyasi böhranlar getdikcə dərinləşir. Bunlarla yanaşı, cəmiyyətdə psixoloji problem də meydana gəlib. İnsanların sabahkı günə inamı yoxdur.

Ermənistan dövlətçiliyi böyük təhlükə altındadır. Ona görə də yeni hökumət formalaşdırmaq və buraxılan yanlışlıqları düzəltmək lazımdır.

D.Şahnazaryan baş nazir N.Paşinyanı satqın, bacarıqsız və qorxaq adlandırıb. O diqqətə çatdırıb ki, N.Paşinyan istefa verməsə, Ermənistanda qarşıdurma daha da artacaq.


Etiketlər:  David Şahnazaryan Ermənistanın gələcəyi çox qaranlıq görünür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ