Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaqut Qarayeva: "Koronavirusdan sağalanların sayında artım tendensiyası müşahidə olunur" - VİDEO

Yaqut Qarayeva:

Tarix: 8 Dekabr 2020 18:08

Bu gün dünya üzrə koronavirusa yoluxmaların sayı 549 min 946 olub. Ümumiyyətlə isə dünyada koronavirusa yoluxanların sayı 66 milyonu keçib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva söyləyib.

O bildirib ki, bu gün Azərbaycanda koronavirusa daha 4387 yoluxma faktı aşkarlanıb, sağalanların sayı 3133 olub. Sağalanların sayında artım tendensiyası var. Bu, ümidverici rəqəmlərdir. Lakin ən vacibi aktiv olan xəstələrin sayıdır ki, bu rəqəm 59 mini keçib. Bu da səhiyyə sisteminin ciddi yüklənməsi deməkdir. Bu gün aparılan test sayları 18 mini keçib. Yaz aylarında gündəlik olaraq maksimum 5 min test apara bildirdiksə, hazırda onların sayı 20 minə çatıb. Təəssüf ki, bu gün 38 koronavirus xəstəsi vəfat edib.

Y.Qarayeva ölkə üzrə keçirilən ümumi testlərin sayının 2 milyona yaxınlaşdığını da qeyd edib.

"Ölkə üzrə yoluxmaların 52 faizi Bakı şəhərinin payına düşür", - Y.Qarayeva diqqətə çatdırıb.

Milli.Az


Etiketlər:  Yaqut Qarayeva Koronavirusdan sağalanların sayında artım tendensiyası müşahidə olunur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ