Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2019 16:56
Müqavilə ilə "Arsenal"a məxsus olan və hazırda "Bohum"da çıxış edən Corci Osei-Tutu irqçiliyə məruz qalıb.
Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, hadisə dünən "Sankt-Qallen"lə yoxlama oyunu zamanı baş verib. Rəqib komandanın tunisli müdafiəçisi Sliman Kşuk 20 yaşlı Qana əsilli ingilis futbolçunu təhqir edib. Göz yaşlarını saxlaya bilməyən gənc oyunçunu komanda yoldaşları çətinliklə sakitləşdiriblər. Osei-Tutu meydanı tərk etmək istəsə də, sonradan fikrindən daşınıb və oyuna davam edib.
"Bohum" rəsmiləri artıq qarşı tərəflə məsələnin müzakirə olunduğunu bildirib.