Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2020 21:10
ÜST rəsmisinin sözlərinə görə, koronavirus əleyhinə inkişaf etdirilən peyvəndlər pandemiyaya qarşı ən effektiv vasitədir, lakin onlar xəstəliklə mübarizədə immunitet divarı yaratmaq qabiliyyətindən çox uzaqdır.
Sonxeber.net xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mətbuat katibi Marqaret Harris Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisində keçirilən mətbuat konfransında peyvəndlərin üçüncü dalğanın qarşısını alıb-almayacağına dair sualı cavablandırıb.
"Peyvəndlər əla vasitədir və bunlar çox köməkçi olacaq. Ancaq riskin artması və bir növ immunitet divarının təsiri hələ çox uzaqdadır. Yoluxmanın artmaması və dalğalanmaların qarşısını almaq üçün hər kəsin sağlamlıq tədbirlərinə riayət etməsi lazımdır. Maska, sosial məsafənin gözlənilməsi və əllərin tez-tez yuyulmasına kəskin yoluxmanı dayandırmaq üçün hər zamankından daha çox diqqət edilməlidir", - Harris qeyd edib.
ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bu yaxınlarda Cenevrədə təşkil edilən mətbuat konfransında peyvəndlərin COVID-19 pandemiyasını sona çatdırmaq üçün yetərli olmayacağını və sağlamlıq tədbirləri ilə birlikdə təsirli olacağını demişdi. (publika.az)