Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Makronun Sisiyə gizli şərəf nişanı verdiyi ortaya çıxdı

Makronun Sisiyə gizli şərəf nişanı verdiyi ortaya çıxdı

Tarix: 10 Dekabr 2020 11:56

Bir neçə gün öncə Fransaya rəsmi səfər edən Misir Prezidenti Əbdül- Fəttah əs-Sisiyə şərəf nişanı olan "Legion d'Honneur" fəxri medalının verildiyi məlum olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məlumat "Quotidien" adlı proqramın aparıcısı Yann Barthesin tərəfindən yayılıb. O, sözügedən təqdimatın Fransa mətbuatından gizlədildiyini, məlumatın Misir Prezidentinin portalında dərc edildiyini bildirib.

Aparıcı Makronun mətbuatla paylaşdığı rəsmi proqramına daxil olmayan mərasimin görüntülərinin yalnız Sisinin operatoru tərəfindən lentə alındığını deyib.

Qeyd edək ki, Sisinin Fransaya səfəri, qırmızı xalçada qarşılanması Parisdə etirazla qarşılanmışdı.

Milli.Az


Etiketlər:  Makronun Sisiyə gizli şərəf nişanı verdiyi ortaya çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ