Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gənc Tamaşaçılar Teatrının rejissorunun aqibəti necə oldu? - rəsmi açıqlama

Gənc Tamaşaçılar Teatrının rejissorunun aqibəti necə oldu? - rəsmi açıqlama

Tarix: 25 Oktyabr 2025 02:00

Azərbaycan Dillər Universitetinin yataqxanasında məskunlaşan Cəbrayıl rayonundan məcburi köçkün düşmüş Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyevanın yataqxanada yaşaması təmin olunub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, aidiyyəti qurumların nümayəndələri ilə birgə Gülnar Hacıyevanın məskunlaşdığı otağın qapısına vurulan möhür sökülüb:

"Hazırda xanım öz otağındadır və orada yaşamağa davam edəcək", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, ötən gün Cəbrayıl rayonundan məcburi köçkün düşmüş Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyevanın yaşadığı Azərbaycan Dillər Universitetinin yataqxanasındakı otağının möhürlənməsi ilə bağlı məlumat vermişdik.


Etiketlər:  Gənc Tamaşaçılar Teatrının rejissorunun aqibəti necə oldu rəsmi açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ