Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ermənilərin bu fəaliyyəti Rusiya dövlətinin əleyhinədir''

''Ermənilərin bu fəaliyyəti Rusiya dövlətinin əleyhinədir''

Tarix: 10 Dekabr 2020 16:24

Rusiyanın XİN başçısı Sergey Lavrovla görüşdən sonra Moskvada keçirilən brifinqdə Ermənistan XİN başçısı Ara Ayvazyan dedi ki, Türkiyə silahlı heyəti Dağlıq Qarabağda olmamalı, ümumiyyətlə də bütünlükdə Cənubi Qafqazdan çıxarmalıdır. Əks halda ermənilər özlərini təhlükəsiz hiss etməyəcəklər.

Bunu Sonxeber.net-a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert, siyasi fəal Yeganə Hacıyeva deyib.

Ekspert bildirib ki, Ermənistan XİN başçısı Ara Ayvazyan, sanki, müharibəni uduzmuş ölkənin XİN rəhbəri kimi deyil, qalib ölkənin XİN rəhbər kimi davranır:

"Erməni XİN rəhbərinin bu açıqlaması, əlbəttə, erməni həyasızlığının bariz ifadəsidir və bunu şərh etməzdən öncə, ümumilikdə bu görüşü şərh etmək istəyərdim. RF XİN başçısı Sergey Lavrovla görüşdən sonra Moskvada keçirilən brifinqdə Ermənistan XİN başçısı Ara Ayvazyan ənənəvi  erməni təbliğatının elementlərini növbəti dəfə səsləndirdi və dezinformasiya olduğu ən yüksək səviyyədə təsdiqini tapmış ənənəvi erməni təbliğat elementlərini səsləndirdi: yaxın Şərqdən olan terroristlər, xarici döyüşçülərin-terrorçuların və s. kimi ifadələr işlədir.

Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrlərini Dağlıq Qarabağda mədəniyyət obyektlərinin qorunub saxlanılmasına xüsusi diqqət yetirməyə çağırır və nəyə görəsə bunu anacaq Dağlıq Qarabağ üçün nəzərdə tutur. Ümumilikdə, Qarabağ və ətrafı rayonların 28 il ərzində dağıdılmış mədəniyyət obyektlərinin, infrastruktur, təbiəti və ekeologiyası haqqında isə söz açmır. Hansı ki, bu dağıntıları "Dağlıq Qarabağda mədəniyyət obyektləri üçün narahat keçirən" Ermənistan dövləti tərəfindən həyata keçirilmişdir.

Sırf RF XİN başçısı Sergey Lavrovla görüşdən sonra Moskvada keçirilən brifinqdə Ermənistan XİN başçısı Ara Ayvazyan dedi ki, Türkiyə silahlı heyəti Dağlıq Qarabağda olmamalı, ümumiyyətlə, bütünlükdə Cənubi Qafqazdan çıxarmalıdır fikirini şərh etsək, bu da erməni həyasızlığının nümayişidir.
Ermənistan XİN başçısı Ara Ayvazyan, sanki, müharibəni uduzmuş ölkənin XİN rəhbəri kimi deyil, qalib ölkənin XİN rəhbər kimi davranır. Məğlub ölkənin XİN rəhbəri bu çıxışları ilə diplomat peşəsini rüsvay edir və sanki, bundan həzz alır.

Ermənistan və Azərbaycan münaqişə zonasında vəziyyət sabitləşdikdən sonra Qarabağ nizamlanması ilə bağlı görüş keçirəcək. Bu barədə bazar ertəsi RF XİN başçısı Sergey Lavrovla görüşdən sonra Moskvada keçirilən brifinqdə Ermənistan XİN başçısı Ara Ayvazyan bildirib. Türkiyə öz silahlı heyətini və ona bağlı terror qruplaşmalarını Dağlıq Qarabağ münaqişəsi zonasından və bütünlükdə Cənubi Qafqazdan çıxarmalıdır. Burada onu da qeyd etməliyəm ki, Rusiyanın etnik erməni məmurları Rusiyanın maraqları üçün deyil, sanki Ermənistanın maraqları üçün fəaliyyət göstərirlər.

Etnik erməninin XİN rəhbəri olduğu Rusiyanın dürüst sülhməramlı fəaliyyətinə şübhələrin əsasını qoyacaq fikirlər səsləndirilir. Rusiyanın Türkiyə və Azərbaycan kimi güvənli strateji tərəfdaşları ilə münasibətlərin korlanması üçün səfərbər olunublar. Etnik ermənilərin bu fəaliyyəti həm də Rusiya dövləti əleyhinədir".

Təhməz Əsədov


Etiketlər:  Ermənilərin fəaliyyəti Rusiya dövlətinin əleyhinədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ