Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2020 13:20
Bakı. Ceyhun Ələkbərov - Trend:
Müharibə dövründə ermənilərin “Hayastan” fonduna köçürdükləri pulların bir hissəsi yoxa çıxıb.
Trend-in Ermənistan KİV-lərinə istinadən məlumatına görə, fonda pul köçürən şəxslər hazırda onları geri tələb edirlər:
“Hazırda bəzi vətəndaşlar pullarını geri istəyirlər. Onlar təəssüf hissi ilə bildirirlər ki, fonda köçürülən pullar başqalarının cibinə axıb. Müharibə dövründə toplanan vəsaitə silah-sursat alınması ilə bağlı qəbz təqdim edilsə də, sonradan məlum olub ki, bu sənədlər saxtadır. Hazırda yardım üçün pul göndərən insanlar kimə və hara necə müraciət edəcəyini bilmirlər”.